Müharibə veteranlarına 202 manat müavinət verilməsi təklif edilir

12:09 13 May 2022

“Silahlı qüvvələrin pensiya təminatı” haqqında yeni qanunun hazırlanmasına ehtiyac var.

Report-un xəbərinə görə, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat bildirib ki, müharibə veteranlarına verilən müavinətlərin də məbləği çox azdır:

“Onların müavinətinin 202 manat səviyyəsində verilməsi ədalətli olardı”.



Xəbər xətti