Əliniz uyuşursa bunu ciddiyə alın! Bu xəstəliyin əlaməti ola bilər...

17:20 13 May 2022

Əlinizdə arabir uyuşma və ya ağrı hiss edirsiniz? Məsələn, bir müddət uzandığınızda və ya əlinizin üstündə oturduğunuzda. Bu vəziyyətə ciddi qəbul etmək lazıdmır. Əks halda pis nəticələrə səbəb ola bilər.
Əldəki ağrı və ya uyuşma yüngül qəbul ediləcək bir şey deyil. Sizdə "Karpal tunel" sindromu adlı bir xəstəlik ola bilər. Ancaq bu xəstəlik yalnız bir simptom deyil, birdən çox simptom verir. Əgər sizdə bu simptomlar varsa, mütləq həkimə müraciət edin. 

KARPAL TUNEL SİNDROMU NƏDİR?
Bu, biləkdə həddindən artıq mayenin tutulması və ya median siniri sıxan təkrarlanan hərəkətlər, məsələn, yazmaq, maşın sürmək, tikiş və ya klaviaturadan istifadə nəticəsində yaranır. Median sinir dirsək sahəsindən və biləkdəki karpal tunel kimi tanınan dar bir açılışdan keçir. Hər hansı bir şişlik və ya təzyiq bu bölgədəki karpal sümükləravə ya tendonlara təsir edə bilər, nəticədə biləklərin və bəzi barmaqların istifadəsinə təsir göstərə bilər.

Əlamətləri əllərdə və ya barmaqlarda, xüsusilə baş barmaq, şəhadət, orta və üzük barmaqlarında uyuşma, əllərdə və ya barmaqlarda ağrıdır. Bu ağrı əl və barmaqlarda hiss olunur, eləcə də bilək və dirsəyə yayılır. Ağrı hətta çiyində də hiss edilə bilər.

KARPAL TUNEL SİNDROMU MÜALİCƏ EDİLMƏSƏ NƏ OLAR?
Bu sindrom nəticəsində xəstəlik irəlilədikcə əzələləriniz zəifləyir. Əzələ zəifləməsi başlayır. İrəlilədikcə əllərinizdən istifadə edə bilməyəcəksiniz. İflic riskinə qədər irəliləyə bilər. 

Ləman Sərvanqızı

SİTAT.İNFO



Xəbər xətti