İsa Qəmbərə 180 manat pensiya təyin olundu - Pənah Hüseyn SƏRT TƏPKİ verdi

22:07 13 May 2022

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn "Musavat TV"-nin canlı efirində İsa Qəmbərə 180 manat pensiya təyin edilməsindən danışıb. 

Sitat.info xəbər verir ki, partiya sədri deyib ki, istiqlalçı millət vəkilinin 180 manat pensiya alması Azərbaycan adına heç də xoşagələn hadisə deyil:

"İsa Qəmbərin 180 manat təqaüd alması?! İsa bəy, onsuz da, bu vaxta qədər də mütəvazi şəkildə öz həyatını davam etdirirdi, bundan sonra da eləyəcək. Amma hər halda Ali Sovet  sədrinin, prezident səlahiyyətlərini icra etmiş şəxsin, bir istiqlalçı millət vəkilinin 180 manat pensiya alması Azərbaycan adına heç də xoşagələn hadisə deyil.

Tək İsa Qəmbər üçün yox, siyasi mövqeyindən asılı olmayaraq o dönəmin xadimləri haqqında bu cür düşünürəm. Mən bu şəxslər üçün ayrıca  xüsusi təqaüdün təsis olunmasını gözləyərdim. Buna imkan var və xalq da, cəmiyyət də bunu müsbət qarşılayardı. Bəlkə də İsa Qəmbər və digərləri bunu qəbul etməyə bilərdilər".



Xəbər xətti