Ermənistana pul köçürmələri 20% azalacaq: Görün səbəb nə imiş...

14:17 16 May 2022

2022-ci ildə Ermənistan Mərkəzi Bankı ölkəyə pul köçürmələrinin 20% azalacağını proqnozlaşdırır. Bu barədə bazar ertəsi Mərkəzi Bankın sədr müavini Hovhannes Xaçatryan Nazirlər Kabinetinin maliyyə-kredit və büdcə məsələləri üzrə daimi komissiyasının iclasında bildirib.

SİTAT.İNFO xəbər verir ki, təkcə  Rusiyadan özəl transfertlərin 50% azalacağı proqnozlaşdırılır.

Kriptovalyutalardan danışan Mərkəzi Bankın sədr müavini qeyd edib ki, bu sistemdə tənzimləmə rıçaqları yoxdur: " Hazırda köçürmələr Swift sistemi və sürətli beynəlxalq köçürmələr sistemi vasitəsilə həyata keçirilir. Formal olaraq kriptovalyuta sistemi formalaşmayıb ki, onun tənzimlənməsinin zəruriliyindən danışaq".

Ovannes Xaçatryanın sözlərinə görə, kriptovalyutalarla əməliyyatların həcmi artıb, lakin onları həqiqətən qiymətləndirmək mümkün deyil. Yaxın vaxtlarda Mərkəzi Bank həm hökumət, həm də ölkə parlamenti ilə əməkdaşlıq edərək bu sahənin tənzimlənməsi üçün müzakirələr aparmaq niyyətindədir.

Səid İsağlu,

SİTAT.İNFO



Xəbər xətti