Qara dənizdə daha bir zəlzələ! AFAD açıqlama yaydı

13:16 25 Aprel 2025

AFAD Qara dənizdə 3,6 bal gücündə zəlzələnin baş verdiyini bildirib.

Sitat.info xəbər verir ki, zəlzələnin Bolqarıstanın Burqas sahillərində olduğu müəyyən edilib.

AFAD-dan verilən məlumata görə, Bolqarıstanın Burqas sahillərində Qara dənizdə 3,6 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin baş verdiyi nöqtə Kırklarelinin Dəmirköy rayonunda Şişliobadan 67 km aralıdadır. 10.43-də baş verən zəlzələnin dərinliyi 14.06 km olub.

Tehran,

Sitat.info



Xəbər xətti