Hindistanda daşqın 12 nəfərin həyatına son qoyub

17:33 18 May 2022

Güclü yağışın səbəb olduğu daşqın nəticəsində Hindistanın şimal-şərqində yerləşən Assam və Meghalaya ştatlarında azı 12 nəfər ölüb.

Sitat.info TASS-a istinadən xəbər verir ki, təbii fəlakət azı 400 min insanı evsiz qoyub. Körpü və yolların dağılması daşqın və sürüşmənin baş verdiyi rayonlarla ölkənin mərkəzi arasında əlaqənin kəsilməsinə səbəb olub. Dəmiryolu əlaqəsi kəsilib, elektrik xətləri qırılıb.

Xilasetmə əməliyyatlarına Hindistanın hərbi hava qüvvələrinin hərbi helikopterləri cəlb edilib. Yağıntıların daha 3 gün davam edəcəyi bildirilir.



Xəbər xətti