İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqayi Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan müdafiə sazişinin “İslam NATO-su” olub-olmaması ilə bağlı suala cavab verib.
Sitat.info xəbər verir ki, Baqayi regiona kənar güclərin müdaxiləsinə ehtiyac olmadığını bildirib.
O, Yaxın Şərqdə gərginliyin hələ də davam etdiyini vurğulayaraq, region ölkələrinin əməkdaşlıq etməli və kollektiv təhlükəsizliyin gücləndirilməsi üçün daha çox çalışmalı olduğunu deyib.
İran rəsmisi son illərdə baş verən hadisələrdən dərs çıxarılmasının vacibliyini də qeyd edib.
Bəqayi deyib ki, İranın Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı ilə dərin dini, tarixi və mədəni əlaqələri var və bu səbəbdən sözügedən sazişi İrana qarşı yönəlmiş addım kimi qiymətləndirmək üçün əsas görmür.
Bəqayi üç ölkə arasında imzalanan sazişin region dövlətlərinin təhlükəsizlik məsələlərinə yanaşmasında dəyişiklikdən xəbər verdiyini bildirib.
Onun sözlərinə görə, region ölkələri təhlükəsizlik məsələsində ABŞ və digər aktorlara etibar edə bilməyəcəkləri qənaətinə gəliblər və bunun əvəzinə öz imkanlarına və regional perspektivlərinə əsaslanan yanaşmanı sınamağa qərar veriblər.
Seymur,
Sitat.info