Sərnişin avtobusunda ər arvadını qətlə yetirib

16:38 21 May 2022

Tbilisidə Quramişvili prospektində sərnişin avtobusunda qətl hadisəsi törədilib.

Sitat.info Report-a istinadən xəbər verir ki, kişi mübahisə zəminində həyat yoldaşının boğazını bıçaqla kəsib.

Hadisənin cütlüyün azyaşlı övladlarının gözləri qarşısında baş verdiyi bildirilir. Qadın aldığı yaralardan ölüb.

Cinayəti törədən şəxs hadisə yerində saxlanılıb. Faktla bağlı qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açılıb.

 

 



Xəbər xətti