Ermənilər Qarabağda HÜCUMA KEÇDİ, ordumuz sərt cavab tədbirləri gördü - Müdafiə Nazirliyi TƏCİLİ AÇIQLAMA YAYDI

21:15 21 May 2022

Mayın 21-i saat 16:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan istifadə edərək atəşə tutub.

Sitat.info-a bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.



Xəbər xətti