Nizami rayonunda daha bir yaşıllığı QƏTLİAM gözləyir: Dövlət qurumlarının gözü önündə... FOTO

13:37 23 May 2022

Nizami rayonu, Şərifli-25 ünvanında, Nizami Rayon İcra Hakimiyyətinin  300 metrliyində şam ağaclarından ibarət böyük bir yaşıllıq hasara alınıb.

SİTAT.İNFO xəbər verir ki, bu barədə “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili sosial şəbəkə hesabında məlumat paylaşıb və bu sözləri qeyd edib. "Hacıbala  Abutalıbovu torpaq və ağaclıqları satmaqda qınayanlar, Eldar Əzizovun bu mənzərəsinə diqqət edin. Ünvan: Nizami rayonu, Şərifli-25, Nizami RİH-in 300 metrliyi.."

Bakıda hasara alınan ərazinin aqibəti hər kəsə bəllidir. Aydın məsələdir ki, tikinti şirkətləri yaşıllıq ərazi boş yer kimi baxırlar. Təəssüf ki, bəlli şərtlər qarşılığında icra hakimiyyətləri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi də buna göz yumur. Əks halda Bakının yaşıllıqları bu qədər məhv edilməzdi. 

Sual yaranır ki, çaydan iki balıq tutmaq üstündə vətəndaşı cərimələyən Ekoloiya nazirliyi bu böyüklükdə yaşıllığın niyə hasara alınması ilə niyə maraqlanmır? 

Safura Bənnayeva

SİTAT.İNFO



Xəbər xətti