“Toyota-Prius” DYP avtomobilinə çırpıldı, xəsarət alanlar var

18:35 23 May 2022

Bakıda Heydər Əliyev prospekti-aeroport şosesində yol qəzası baş verib.

SİTAT.İNFO xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli APA-ya bildirib ki, aeroport yolunda “Toyota-Prius” markalı avtomobil xidmətdə olan DYP əməkdaşlarının avtomobilinə çırpılıb.

Nəticədə DYP-nin 2 əməkdaşı və “Toyota-Prius” markalı avtomobilin sürücüsü yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti