Ukraynalı kəşfiyyat rəsmisi iki ay əvvəl Rusiya prezidenti Vladimir Putinə qarşı sui-qəsd olduğunu, Putinin bu sui-qəsddən sağ çıxdığını iddia edib.
SİTAT.İNFO xəbər verir ki, Ukraynanın yüksək səviyyəli hərbi kəşfiyyat rəsmisi Rusiya prezidenti Vladimir Putinin Ukraynanı işğal etmək qərarından qısa müddət sonra sui-qəsd cəhdindən sağ çıxdığını bildirib.
Kirilo Budanov Ukraynanın "Ukrayinska Pravda" qəzetinə deyib ki, mart ayında Putinə sui-qəsd cəhdi olub.
"Putinə sui-qəsd olub. Hətta deyirlər ki, bir müddət əvvəl Qafqaz nümayəndələri ona hücum ediblər. Bu məxfi məlumatdır, tamamilə uğursuz cəhd idi, amma həqiqətən də baş verib. Təxminən 2 ay əvvəl olub".
Budanov qəzetə açıqlamasında Putin haqqında təsdiqlənməmiş məlumatlar yayıb və onun son iddiasını təsdiqləyən heç bir sübut təqdim etməyib.
O, həmçinin təxminən bir həftə əvvəl Putin səhhətinin pisləşdiyini iddia edərək, ilin sonuna qədər rəhbərlik dəyişikliyini gözlədiyini söyləyib.
Lamiyə Xəqani
SİTAT.İNFO