Qazaxda mağazanın qarşısında qadın bıçaqlandı

20:51 25 May 2022

Qazaxda qadın bıçaqlanıb.

SİTAT.İNFO "qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini 1990-cı il təvəllüdlü Bəsirə Quliyeva Qazax şəhərində yerləşən marketlərin birinin qarşısında bıçaqlanıb. O dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyəti kafi qiymətləndirilir.

İlkin məlumata görə, qadın əri tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti