Sərxoş sərnişin Moskvadan yola düşən təyyarədə dava salıb. Təyyarədə olan tanınmış müğənni Qlizin və onun konsert direktoru Maksim Qlotov da olub.
Sitat.info Rusiya KİV-nə istinadən xəbər verir ki, qadın sərnişin müğənni Aleksey Qlizinə hücum edib, onu təhqir etməyə başlayıb. Daha sonra əlində olan əşyaları digər sərnişinlərə atıb, onlara qarşı nalayiq ifadələr işlədib.
Ətrafdakıların qadını sakintləşdirmək səyi nəticə verməyib.
Nəticədə uçuş təxirə salınıb.
Səs-küylü qadını sakitləşdirmək, onu saxlamaq və təyyarədən çıxmasına kömək etmək üçün tədbir görülüb.
Bir sərnişin halı pisləşib və təcili yardım çağırılıb.
Tehran