Ermənistana 8 vaqon taxıl gedir: Azərbaycandan keçəcək...

14:17 23 Dekabr 2025

1990-cı illərdən bəri ilk dəfə olaraq Rusiyanın Volqoqrad vilayətindəki Qmelinskaya stansiyasından Azərbaycan vasitəsilə Ermənistana taxıl vaqonları göndərilib.

Sitat.info  xəbər verir ki, bu barədə Privoljski Dəmir Yolları mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 8 taxıl vaqonundan ibarət ilk partiya İrəvan stansiyasına çatdırılacaq.

Qeyd olunub ki, bu ilin sonuna qədər bu marşrutla 30 taxıl vaqonunun - iki min tondan çox taxılın göndərilməsi planlaşdırılır. Privoljski Dəmir Yollarından o da bildirilib ki, yeni logistika xidməti Azərbaycan vasitəsilə Ermənistana yük tranzitinin bərpası ilə mümkün olub.



Xəbər xətti