Atəşkəs Livanı da əhatə edir - Əraqçidən Netanyahuya XƏBƏRDARLIQ

15:27 1 İyun 2026

İranın xarici işlər naziri Abbas Əraqçi Tehran və Vaşinqton arasında əldə olunan atəşkəsin Livanı da əhatə etdiyini bir daha vurğulayıb.

Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, Əraqçi X sosial şəbəkəsində yazıb ki, atəşkəs “bütün cəbhələrdə, o cümlədən Livanda tam şəkildə qüvvədədir”.

“Bir cəbhədə atəşkəsin pozulması bütün cəbhələrdə atəşkəsin pozulması deməkdir. Hər hansı pozuntunun nəticələrinə görə ABŞ və İsrail məsuliyyət daşıyır”, - deyə iranlı diplomat bildirib.

Əraqçinin açıqlaması İsrailin baş naziri Benjamin Netanyahunun Beyrutun cənub ətraflarına zərbə endirilməsi barədə orduya göstəriş verdiyini açıqlamasından sonra səslənib.

Aytac,

Sitat.info 



Xəbər xətti