Bakıda marşrutdakı qadın hamını şoka saldı - Meymunçiçəyi əlamətləri

11:21 17 İyun 2022

Bu gün paytaxt Bakıda marşrut avtobusunda əllərində  meymunçiçəyinin əlamətlərinə oxşar səpkiləri olan daha bir qadın görünüb. 

Fotoya diqqətlə baxdıqda qadının əllərindəki iri səpkilərin olduğu aydın görmək mümkündür. 

Əllərindəki dərialtı iri səpkiləri ilə diqqət cəlb edən qadın tutacaqlara toxunması sərnişinləri qorxuya salıb.

Fotonu SİTAT.İNFO-nun müxbiri 125 saylı avtobusda çəkib. 

Qadının əlini tez-tez qaşındığını deyən müxbirimiz, meymunçiçəyi əlamətləri olduğuna əminliyini bildirib.

Xatırladaq ki, dünən də sosial şəbəkələrdə paylaşılan başqa bir fotoda, marşrut avtobusunda əyləşən bir sərnişinin əllərində və qollarında iri səpkilər olduğu görünüb.

Sosial şəbəkələrdə paylaşılan foto ictimaiyyət arasında panikaya səbəb olub. İnsanların bunu meymunçiçəyi virusuna bənzədiblər.

Məlumat üçün onu da bildirək ki, Azərbaycanda rəsmi olaraq meymunçiçəyinə yoluxma qeydə alınmayıb.

Səid İsaoğlu
SİTAT.İNFO



Xəbər xətti