Fazil Mustafadan Milli Məclisdə sərt çıxış - Bu quruma etiraz etdi

21:09 17 İyun 2022

 

“Nə qədər ki, nəqliyyat əlaqələri açılmayıb, təyyarə biletlərinin qiymətinin bahalaşdırılması yoxsul, imkansız insanlar üçün böyük problemlər yaradır”.  


Sitat.info xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa Milli Məclisin plenar iclasında çıxışı zamanı səsləndirib.  


 Fazil Mustafa Naxçıvanda yaşayan ailələrin gediş-gəlişdə problemlər yaşadığını qeyd edib:  

“Ailələr var ki, 7 il, 10 il Bakıya gələ bilmirlər. İrandan keçən yolla avtobus qiymətləri əvvəllər 30 manat idi, sonradan İran tərəfi 8 manat da “dinmə ver” vergisi əlavə etdi. Təyyarə qiymətləri isə bahadır. Digər tərəfdən, bilet çatışmazlığı da mövcuddur. AZAL tərəfindən bizim bu məsələ ilə bağlı çıxışımıza cavab verildi ki, onlayn bilet satışı açıldı. Buna qədər problem var idi. Eyni zamanda, Türkiyəyə bilet tapmaqda da problemlər var”.  
Deputat əlavə edib ki, tələbələrimizin çoxu bu səbəbdən Türkiyədə qalıb, Bakıya gələ bilmirlər.  /Bizimmedia

 



Xəbər xətti