Azərbaycanda bu şəxsi tapana 25 min AZN veriləcək - VİDEO

21:26 18 İyun 2022

Zaqatala rayonunda itkin düşən Hindistan vətəndaşının tapılması üçün təyin olunan mükafatın məbləği artırılıb. Bu gün hindistanlı turistin ailəsi itgin düşən oğlunu tapan şəxsə 25 min manat pul mükafatı veriləcəyini açıqlayıb. Qeyd edək ki, daha əvvəl bu məbləğ 10 min manat təyin olunmuşdu.

SİTAT.İNFO xəbər verir ki, ailə həmçinin yalan məlumat verənlərə də xəbərdarlıq edib və bəyan edib ki, belə şəxslər haqqında hüquqi prosedur tətbiq ediləcək.

Rayon sakinləri də hindistanlı turistin tapılması istiqamətində əllərindən gələni edirlər. 

Xatırladaq ki, mayın 17-də Hindistan vətəndaşı, 29 yaşlı Kondaveeti Manikath adlı şəxsin Zaqatalada itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.



Xəbər xətti