"Qaz xətlərinə hava vurulur; kəndlərdə hələ də odun yandırırlar" - Milli Məclisdə dövlət qurumuna etiraz

09:07 19 İyun 2022

Deputat Tahir Kərimli Milli Məclisdə çıxışlarının birində olduqca aqressiv danışıb. O, çıxışında 'Azəriqaz"ı tənqid edib, qaz xətlərinə hava vurulduğunu bildirib. Deputat 21-ci əsrdə insanların hələ də odun yandırdığını deyib.

 Tahir Kərimlinin həmin çıxışını təqdim edirik: 
"Onsuz da dağ yerlərində qaz yandıran yoxdur. Mənim seçki dairəmdə hamı həyətinin ağacını kəsib, yandırır. Onu da cərimə edirlər. Niyə bizi pis vəziyyətdə qoyursunuz? O gün sosial şəbəkələrdə baxıram, kompressor qoyub, qaz xətlərinə hava vururlar. Deyəndə də deyirlər, bizə tapşırıq veriblər. Deməli, qaza hava qarışdırıb,  millətə satırsınız? Belə olanda da vətəndaş sayğac müdaxilə edəcək də. Sən də cərimələyəcəksən. Öz xərcləriniz artıb deyə, daha çox cərimə tətbiq edirsiniz.... Bu hökumətin gördüyü işlərə kölgə salmaqdır".

Səid İsaoğlu,
Sitat.info



Xəbər xətti