SENSASİYA! Dövlət büdcəsini talayan qurumların adları - SİYAHI

19:14 19 İyun 2022

“Azərbaycanda dövlət qurumları dövlətdən milyonlarla manat həcmində icra xərci alıb, cüzi vergi verərək işlərini bitmiş sayırlar. Onlar icra xərcləri üçün aldıqlarından 20-30 dəfə az dövlətə vergi verirlər”

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. Partiya sədri Hesablama Palatasının 2020-ci il üçün hesabatında dövlət qurumlarının icra xərci üçün aldıqları vəsaitdən və verdikləri vergidən danışıb: “Azərbaycan Hesablama Palatasının 2020-ci il üçün belə bir rəy var.2020-ci ildə Azərbaycan Dəmiryolları Səhmdar Cəmiyyəti dövlətdən 695 milyon manat icra xərci alıb, bunun qarşılığında cəmi 10 milyon manat vergi verib.

Azərbaycan Dəmir Yolları" müəyyən yüklərə güzəştləri ləğv edib | Banco.az

“Azərbaycan Hava Yolları” QSC 225.9 milyon manat icra xərci alıb, 23 milyon manat dövlətə vergi verib.

AZAL: Çinə olan aviabiletlər cəriməsiz geri qaytarıla bilər - BBC News  Azərbaycanca

“Azərenerji” ASC dövlətə 33.5 milyon manat vergi verib, həmin ildə 147 milyon manat dövlət büdcəsindən icra xərci alıb.

Mingəçevir İES-də qəza niyə baş verib? –"Azerenerji" son məlumatı yaydı •  Faktinfo.az

“Azərsu” ASC dövlətdən təxminən 400 milyon manat icra xərci alıb, 10.6 miylon manat vergi verib.“Azərenerji” ASC dövlətə 33.5 milyon manat vergi verib, həmin ildə 147 milyon manat dövlət büdcəsindən icra xərci alıb.

 

Yeganə təşkilat var, Xəzər Dəniz Gəmiçiliyidir ki, 10 milyon icra xərci alıb, 13 milyon dövlətə vergi verib. Yəni, aldığından daha çox vergi verib. Yerdə qalanlar aldığından 20-30 dəfə az dövlətə vergi verib”.

Adları çəkilən qurumların mövqeyini dərc etməyə hazırıq.

Banu,

SİTAT.İNFO



Xəbər xətti