Azərbaycanda meymunçiçəyi virusu ilə bağlı təhlükə varmı? Rəsmi AÇIQLAMA

13:36 20 İyun 2022

"Hazırda Azərbaycanda meymunçiçəyi virusu ilə bağlı təhlükə yoxdur".

SİTAT.İNFO xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, bundan əvvəl də dünyada meymunçiçəyi xəstəliyi olub: "Onsuz da Afrikada mövcud idi, Avropada isə yeni yayılmağa başlayıb. Düzdür, koronavirus qədər narahatedici səviyyədə deyil. Sadəcə, fərqli formada yoluxuculuq qabiliyyəti olduğundan insandan insana çətin keçir. Ona görə də çox narahat deyilik. Lakin yenə də izləmək lazımdır". /Report



Xəbər xətti