21-ci əsrdə paytaxt sakinlərinin su problemi – “Vedrə ilə su daşıyırıq...”- REPORTAJ, FOTOLAR

08:26 21 İyun 2022

"Yeni Günəşli" qəsəbəsi, D massivində su qıtlığı  yaşanır. Digər qəsəbərlə müqayisədə Yeni Günəşli qəsəbəsinə 24 saatlıq qrafiklə su verilmir.

Günün müxtəlif saatlarında, səhər saat 07:00-dan, 09:00-a qədər, iki saat verildikdən sonra bir də axşam saatları 20:00-dan 23:00-a qədər su verilir.

Qalan saat ərzində yay aylarıni da nəzərə alsaq,  sakinlər su sarıdan əziyyət çəkirlər. 21-ci əsrdə paytaxt sakinlərinin su problemi yaşaması həqiqətən də faciədir.

Nəzərə alsaq ki, “Azərsu” ASC əhalinin əhalinin su təminatını həll etmək üçün dövlətdən təxminən 400 milyon manat icra xərci alıb.

Görünən odur ki, bu vəsaitlər işin icrası üçün yetərli deyil. Sakinlərin şikayəti üzrə sitat.info-nun əməkdaşı adıçəkilən ünvanda yollanıb, sakinlərin şikayətini dinləyib.

Sakinlər illərdir ki,  su problemindən əziyyət çəkdiklərini deyirlər. Yay aylarında isə daha dözülməz olur: " Gün ərzində yaşadığımız binaya cəmi 5 saat su verilir.

Kim həmin saatda evdə oldu suyunu dolduracaq, ehtiyatını görəcək. Olmayanlar isə qayıdanda susuz qalırlar. Həmin saatda evdə olmadınsa, deməli gün ərzində susuz qalacaqsan.

Bakının əksər rayonlarında 24 saatlıq qrafiklə su verilir. Hansı dövrdə yaşayırıq ki, vannalarda, bidonlarda su yığırıq. 10 il əvvəl də belə şey var idi, indi də.

Yay aylarında isə dözülməz durumda olur. Elə vaxt olub ki, evə gəlmişəm, su olmayıb. Məcbur verdrələrlə birinci mərtəbədəki qonşumdan su daşımışam.

Vallah, acınacaqlı vəziyyətdir. Bir dövlət qurumu, başında oturan bu sakinləri dinləsin, problemini həll eləsin.

Biz buna görə toplaşıb, etirazımızı da bildirəcəyik”.

Sakinlər su ehtiyatlarını artırmaq üçün binanın damlarında iri su çənləri yerləşdiriblər. Həmin çənlər ağır olduğundan binanın damlarında çöküntü yaranıb, qəzalı durumdadır. Həmin çənlər xarici amillərin təsirindən tez-tez sıradan çıxdığından, sakinlərə maddi ziyan da dəyir.

Məsələ ilə bağlı "Azərsu" ASC-nin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. Mətbuat katibi faktı təsdiqlədi: "Yeni Günəşli qəsəbəsi 80-ci illərdə salınmış qəsəbədir. Orada daxili şəbəkə var və texniki problemlər mövcuddur. Yeni Günəşlinin bir hissəsi 24 saatlıq su alır, bir hissəsində qrafiklədir. Biz də Texniki Layihə Departamentinə də müraciət edəcəyik həmin əraziyə baxsın. Bunda əlavə, "Azərsu" ASC tərəfindən işlər mütəmadi davam etdirilir. Hər il yeni-yeni ərazilərə 24 saatlıq su təminatı həyata keçirilir. Nasosların, anbarların qurulması, paylayıcı şəbəkələr tikilməsi, binadaxili sistemlərin yenilənməsi,  bu istiqamətdə işlər  həyata keçirilir.

Lamiyə Xəqani,

SİTAT.İNFO




Xəbər xətti