Bakıda “parkovşiklər”in yaratdığı labirint, yoxsa dərəbəyilik? - DİN hərəkətə keçdi - VİDEO

18:32 22 İyun 2022

“Memar Əcəmi” metrosu yaxınlığında parklanma problemi yaşanır. Avtomobillər düzgün formada park edilmədiyi üçün digər maşınlar ərazini tərk edə bilmirlər.

Şikayətçilərin sözlərinə görə, bir saat avtomobilini çıxarmaq üçün parklanma ərazisində digər maşınların sahiblərini gözləyirlər.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi Nəsimi rayonu “Moskva” univermağı kimi tanınan ərazinin yaxınlığındakı parklanma yerində yaşanan problemi ilə bağlı məsələyə münasibət bildirib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirilib ki, “Memar Əcəmi” metrosu yaxınlığında qeydə alınan parklanma problemi ilə bağlı ərazi üzrə yol polisi əməkdaşlarına məlumat verilib:

“Sözügedən əraziyə baxış keçiriləcək. Lazımi tədbirlər görüləcək”.



Xəbər xətti