Hər zaman müzakirə olunan məsələlərdən biri də uzunmüddətli perspektivdə koronavirusun yaratdığı risk və təhdidlərlə bağlıdır. Mütəxəssislərin fikrincə, insan sağalsa da, infeksiyanın vurduğu zərər orqanizmdə qalır.
Xüsusilə ürək əzələsi, böyrəküstü vəzilər , kişi və qadın reproduktiv orqanları baxımından bunu demək mümkündür. Bu kontekstdə Kovidin uzunmüddətli dövrdə sonsuzluğa, eyni zamanda infarkt, böyrək çatışmazlığından ölümə səbəb olacağı ilə bağlı fikirlər və iddialar da məlumdur.
Məsələn, İngiltərədə aparılan araşdırmada məlum olub ki, koronavirusa yoluxanların bəziləri bu xəstəlikdən yüngül simptomlarla xilas olsalar da, aylar sonra bu insanların ağciyərlərində gizli zədə aşkarlanıb.
Koronavirus Elmi Komitəsinin üzvü Prof. Dr. Tevfik Özlü ötən həftə koronavirusun ağciyərlərə qalıcı ziyan vurduğunu və buna görə də bir çox xəstəni izlədiklərini deyib: "Bəziləri oksigen borusundan asılı olaraq yaşamaq məcburiyyətindədir. Bəzilərində davamlı olaraq oksigen istifadə etməsələr belə, nəfəs almaqda müəyyən çətinlikləri var. Başqa sözlə, Kovidin uzunmüddətli dövrdə təsir göstərdiyinə dair əlamətlər çox narahatedicidir.
Türkiyəli həkim Mehmet Ceyhan isə məsələni izah edir: “Xüsusilə sinir sisteminə və ürək-damar sisteminə, həmçinin immun sisteminə uzunmüddətli təsirləri var. Beyində xatırlama çətinliyi, uşaqlarda epilepsiyaya səbəb olan tutmalar müşahidə oluna bilər. Bununla belə, ən çox görülən odur ki, ağciyər funksiyaları uzun müddət tam bərpa olunmur və bu, ürək-damar sistemində infarkta və laxtalanmaya gətirib çıxara bilər. Beləliklə insultlara səbəb ola bilər. Revmatik xəstəliklərdə də ciddi artım var və təəssüf ki, əvvəllər heç bir problemi olmayan insanlarda da bunlar baş verə bilər”.
"Uzunmüddətli təsirlər çüxtəlif dərəcələrdə görünür. Bunlar da ölkədən ölkəyə dəyişir. Nə qədər çox araşdırma aparılsa, bir o qədər çox faktlar tapılacaq. Hətta uşaqlarda da görünə bilər. AAncaq bu 100 faizlik nəticə deyil, hamıya şamil olunmur. Kovid keçirən insanlarda bu hallardan ən azı biri , təxminən 10 faiz hiss edilir. İnsanlar üzərində araşdırma hələ davam edir, bu baxımdan Kovid sonrası risklərin və problemlərim nə qədər davam edəcəyini demək çətindir. İnsanlar bu narahatlıqlardan xilas olub normal həyata qayıdacaqmı, yoxsa yox? Hələlik bununla bağlı məlumat yoxdur”.
Safura Bənnayeva
SİTAT.İNFO