Rəşid Mahmudov meyvələrin bahalığından danışdı: "İnsanlarda immunitet azalacaq"

12:26 24 İyun 2022

Hazırda bazarlarda mövsüm meyvələrinin həddindən artıq baha olması cəmiyyətin ən çox müzakirə etdiyi məsələlərdən biridir. Yayın əsas meyvələrindən olan gilasın kiloqramı 6-8 manat arasında dəyişir. Digər meyvələrdə də həmçinin.

Bəs mövsümündə bu məhsullardan ala bilməyən, normal miqdarda qəbul edə bilməyən insanların orqanizmində hansı fəsadlar yaşana bilər?  

Sitat.info-ya açıqlamasında bu sualları cavablandıran Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov bildirdi ki, bu insanların orqanizmində problemlərə səbəb olacaq: "Meyvələrdə bütün vitaminlər var. Meyvələr həm bağırsaqların fəaliyyətini təmin edən amillərdən biridir. İndi meyvələr çox bahadır, insanlar ala bilmir. Müəyyən qədər qəbul edə bilmirlər. Normal miqdarda meyvə yeyə bilməyən insanlar dəmir qəbul edə bilməcəyəklər. Qara gavalıda, digər mövsüm meyvələrində dəmir var. Dəmir qəbul olunmursa hemoqlobin azalacaq. Bu da immunitetin azalmasına səbəb olacaq".

Ləman,

SİTAT.İNFO



Xəbər xətti