Mütəxəssislər yay ayları ilə bağlı xəbərdarlıq etdi! Dəri xərçəngi istini sevir...

13:47 24 İyun 2022

Ozon təbəqəsinin incəlməsi və günəşin zərərli şüalarının dəriyə düşməsi daha çox dəri xərçənginə  səbəb olur.

Sitat.info xəbər verir ki, mütəxəssislər günəşli havada dəriyə qulluq və günəşin təsirləri barədə xəbərdarlıq edirlər.
Tükiyəli dermatologiya Mütəxəssisi  Serpil Özyılma bildirib ki, xüsusilə ailəsində dəri xərçəngi olan insanların günəşli günlərdə qoruyucu vasitələrdən istifadə etmələri lvacibdir: " Yayda içilən su miqdarı da çox önəmlidir. Ortalama çəkisi 50-60 kq olan adam gündə 2-2,5 litr maye qəbul etməlidir". 
Özyılmaz vurğulayıb ki, açıq havaya çıxarkən yay üçün uyğun enli papaq və paltara üstünlük verilməlidir: "Çantanızda mütləq günəş kremi olmalıdır, günəş kremi seçimi yaşa və dəri tipinə görə seçilməli, üzə və bədənin digər hissələrinə tətbiq olunacaq günəş kremləri fərqli olmalıdır. Kremlər öz təsirini 20 dəqiqədən sonra göstərir. Buna görə də çölə çıxmamışdan 20 dəqiqə əvvəl tərbiq etməlisiniz. Orta hesabla hər 4 saatdan bir yenilənməlidir".

Safura,

SİTAT.İNFO



Xəbər xətti