Payıza qədər Mariupolda vəbadan minlərlə insan öləcək – Ruslar şəhəri tərk edir

15:55 26 İyun 2022

“Artıq dördüncü gündür ki, işğalçıların iri hərbi texnika kolonları Mariupoldan qərb istiqamətində hərəkət edir”

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə Mariupol şəhər sədrinin müşaviri Petr Andryuşşenko məlumat verib.

Onun sözlərinə görə, potensial obyektləri qorumaq üçün şəhərdə işğalçıların məhdud hərbi alayı qalır: "İşğalçıların əhval-ruhiyyəsini qalib adlandırmaq olmaz. Dəniz kənarında onsuz da tanış olan yeri tərk etmək ən yaxşı perspektiv deyil. Mariupol merinin müşaviri Petr Andryuşenko son dərəcə çətin epidemioloji vəziyyətə görə payıza qədər Mariupolda bir neçə min insanın ölə biləcəyini bildirib. O, epidemioloji vəziyyətin yüksək təhlükə səviyyəsində qaldığını düşünür. İyulda vəbanın yayılma risklərinin daha da artacağı gözlənilir və ruslar belə bir təhlükənin mövcudluğunu inkar edirlər. 

Məlumatda deyilir ki, rus ordusunun çoxu vəbaya görə şəhəri tərk edir.

Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti