“Nəhənglərin görüşü” ilə baş tutan G7 sammitində bir çox məsələlər müzakirə edilib. Rusiyanın son dövrlərdə Qərbə qarşı destruktiv mövqeyi, 2 taxıl ixracatçısının arasındakı bitməyən gərginlik toplantının mövzuları sırasında yer alıb. Rusiya isə ayrıca olaraq, Sammitdən dərhal sonra baş tutan NATO müttəfiqlərinin növbəti toplantısının da əsas mövzusu olub. Bəs toplantılardan sonra vəziyyət necə dəyişəcək? Liderlər Ukraynanı silahlandırmaqla Rusiyanı daha da zəiflətməyə davam edəcəklərmi, yoxsa müharibənin daha tez başa çatmasına çalışacaqlar?
Məsələ ilə bağlı Sitat.info-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, G7 və NATO sammiti ard-arda baş verir və sammitdən çıxan əsas nəticə sona qədər Rusiya ilə mübarizə aparmağa qərar verilməsidir: "G7 toplantısında Ukraynaya müddətsiz və sərhədsiz həm maddi, həm hərbi dəstək mesajı çatır. NATO tədbirində isə, Rusiya NATO ölkələri üçün əsas təhlükə mənbəyi kimi qeyd olundu. Bu onu göstərir ki, bu məsələ zamana yayılacaq”.
İqtisadçı ekspert Rusiya-Ukrayna müharibəsinin qısa zamanda bitməsinin mümkün görünmədiyini vurğuladı:”Beynəlxalq güclərin son zamanlar gəldiyi qənaətə görə, qarşıdurma aylarla davam etdikcə, Rusiyanı zəiflətmək addımları daha da güclənəcək. Artıq indiki zamanda Rusiyanı zəiflətmək imkanlarının genişləndiyi məqam yetişib. Və beynəlxalq güclər bu imkanlardan sonuna qədər istifadə etməyi düşünəcəklər”.
Natiq Cəfərli
Sitat.info