Sentyabrda bu sahələrdə qapanmalar ola bilər - AÇIQLAMA

20:06 30 İyun 2022

"Əslində sentyabrda qapanmaların olacağı barədə iddialar bir ehtimaldır. Çünki payız aylarında adətən soyuqdəymə xəstəlikləri artır".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri baku.ws-ə açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Professorun sözlərinə görə, reallıq budur ki, hazırda mutasiyanın yaratdığı bu dalğa artarsa, sentyabrda müəyyən qapanmalara gedilə bilər:

"Bu ilk növbədə kütləvi tədbirlərə aid olacaq. Bu qapanmanın mahiyyəti təmasları azaltmaq olacaq. Hesab edirəm ki, toylar, yaslar və kütləvi tədbirlərlə bağlı qapanma tədbirləri görülə bilər".



Xəbər xətti