Rəsmi işi olmayanlar niyə ünvanlı sosial yardımdan məhrum olurlar?

18:36 7 İyul 2022

Azərbaycanda dövlətib aztəminatlı insanlar sosial təminatı üçün nəzərdə tutulan proqramlardan biri də ünvanlı sosial yardımdır. Əgər vətəndaşın aylıq gəliri onun minimum ehtiyaclarını ödəməyə yetmirsə, çatışmayan məbləğ ÜSY vasAncaq gündəmin aktual problemlərindən biri işləməyənlərə ünvanlı sosial yardımın verilməməsidir. Niyə bu insanlar həm işsizlikdən , həm də ÜSY-nin verilməməsindən əziyyət çəkməli olurlar?

Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, işləməyənlərə sosial yardım əvəzinə, işsizlik müavinəti  verilməlidir: "Onlar məşğulluq idarəsində qeydiyyatdan keçməlidirlər. Daha sonra ilkin mərhələdə altı aylıq işsizlik müavinəti almaq hüququ qazanırlar”.

İqtisadçı hesab edir ki, qanunvericilikdə belə imkan tanınsa da, prosedurlar müərkkəb olduğundan və  vaxt apardığından çox zaman insanların bu prosedurlardan istifadə etmək istəmir: "Amma  bunun  qanunvericilik bazası var. Onlar məşğulluq idarəsinə müraciət edib işsizliklə bağlı müavinət tələb edə bilərlər”.

Nigar

SİTAT.İNFO



Xəbər xətti