Ələkbər Qayıbov küçəsinin sakinləri qonşularından şikayətçi olub.
Belə ki, onlar qonşularının narkotik vasitələrdən istifadə etdiyini, onları hədələdiyini, hətta evlərindən oğurluq etdiyini deyiblər.
Baku TV-nin əməkdaşları həmin hadisələri işıqlandırdıqdan sonra DİN əməkdaşları həmin şəxsi saxlayıb.
Saxlanılan şəxsin anası qonşuların övladından şikayət etməsindən narazı olmadığını bildirib.
“Bu hadisə olmalı idi. Oğlum təxsirkardır”, – deyə, o qeyd edib.
Daha ətraflı Baku TV-nin süjetində: