"Premium markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir. Tarif Şurası bir neçə ildir ki, “Aİ-95” markalı benzinin qiymətinə nəzarət etmir və siyahısından çıxarıb. Problem ondadır ki, o zaman bu benzin növü siyahıdan çıxarılanda dövlət orqanları bir neçə şirkətlərin iştirakı ilə rəqabətli mühitin yaradılacağını və qiymət tənzimlənməsi baş verəcəyini açıqlamışdılar. Amma bu, baş vermədi, ölkəyə bu benzini SOCAR-ın törəmə şirkəti gətirir və qiyməti də özləri diktə edir".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında “Aİ-95” markalı benzinin bahalaşması xəbərini şərh edən Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, əgər bazarda böyük oyunçular olsaydı, fərqli qiymətlər görərdik: "SOCAR-ın rəqibi və başqa alternativi yoxdur, ona görə də qiyməti istədiyi kimi diqtə edir. Özü də hökumət o qədər primitivdir ki, dünyada neft qiymətlərinin 100 dollardan aşağı düşdüyü gün SOCAR vasitəsi ilə qiyməti qaldırır. Yəni, 1 ay qabaq neft 130 dollar idi, indi 99 dollardır. SOCAR isə bu gün deyir ki, dünyada qiymət artlb deyə, bizdə də qalxır - yenə yalan danışırlar".