Ermənistanla Türkiyə arasında tədricən birbaşa diplomatik münasibətlər qurulmaqdadır. Bəs Xankəndi məsələsi həll olunmadan Türkiyə ilə münasibətləri bərpa edərsə bunun Azərbaycana ziyanı varmı?
Bu mövzunu SİTAT.İNFO üçün şərh edən siyasi şərhçi , Ağ Partiya sədrinin müşaviri Azər Hüseynov bildirdi ki, Azərbaycan Türkiyə ilə qardaşdır və Türkiyə Azərbaycana kifayət qədər dəstək verib: "Əgər Türkiyə Ermənistanla Xankəndi öncəsi münasibət qurursa, düşünürəm bunu Azərbaycanla kordinasiya edir. Ermənistanı Rusiyadan uzaqlaşdırmaq və separatçılara dəstəkdən məhrum etmək istəyir. Azərbaycan da bunu nəzərə alır. Eyni qaydada Türkiyə ilə kordinasiya edir. Azərbaycana ziyana gəldikdə isə biz ya anti- terror əməliyyatı etməliyik, ya da Zəngəzur məsələsində Ermənistan təxribata gedərsə, önləyici giriş etməliyik. Ruslara nəsə desə deməliyik ki, elə biz də denasifikasiya edirik. Hərçənd Ermənistanın nasist camiası ortadadır".
A.Hüseynov vurğuladı ki, Xankəndi məsələsi Zəngəzura bağlıdır: "Ermənistan Zəngəzurda boğulmasa Xankəndi məsələsində cığallıq edəcək. Hərçənd ki Xankəndinə onun təsirindən çox Rusiya təsiri var. Biz isə milliləşməliyik və daha da güclənməliyik. Regional türk islam konfiqurasiyasını qurmalı, ideoloji olaraq ona ayarlanmalı və aktiv olmalıyıq. Xankəndi bir adadır dənimizin içində lazım olanda suyun səviyyəsini qaldıra bilərik".
Safura,
SİTAT.İNFO