Rəsul Quliyev İlham Əliyevin imzaladığı memorandumdan danışdı: "Beynəlxalq siyasətdə..."

10:36 19 İyul 2022

"Prezident Əliyevin Avropa Komisiyasının prezidenti xanım Ursula de Vandelyayla bu gün imzaladığı məlum memorandum tarixi sənəddir. 
Bu bir daha Azərbaycanın nüfuzunun dünyada artdığının sübutu və bariz göstəricisi oldu". 

Sitat.info xəbər verir ki, bu sözləri Gələcək Azərbaycan Partiyasının fəxri üzvü Rəsul Quliyev deyib.

Rəsul Quliyev ölkə başçısının imzaladığı memorandumu belə şərh edib: "Prezident Əliyevin Rusiyanın Ukraynanı işğal etməyə cəhdlərinə münasibəti birmənalıdır və hamıya məlumdur.  Avrokomissiyanın prezidentinin Ukraynaya münasibəti və Rusiyaya qoyulan sanksiyalarla əlaqədar qətiyyətli mövqeyi də məlumdur. Məlum memorandum imkan verir ki, Qazaxstanın Tengiz ərazisində çıxardığı qazı maye şəkilində Azərbaycana gətirsin və Azərbaycandan boru kəmərləri ilə Avropaya nəql edilsin. Həmçinin ABŞ və Avropa İrana qoyulmuş sanksiyaları zəiflətsə, İrandan da qaz Azərbaycan vasitəsilə Avropaya göndərilə bilər". 

R.Quliyev memorandumu tarixi əhəmiyyətli sənəd adlandırıb: "Hansı ki, bütöv Avropanı Rusiyanın maye qaz asılılığından xilas etmiş olacaq və eyni zamanda Azərbaycanı beynəlxalq siyasətdə daha böyük oyunçuya çevirəcək".

Səid İsaoğlu,
Sitat.info



Xəbər xətti