İqtisadçı Şahin Bağırovla bağlı narahatlığını dilə gətirdi: Rusiyanın "radar"ına düşüb?

13:33 20 İyul 2022

"Prezidentin fərmanı ilə Gömrük Komitəsinin sədri vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov 2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işi” fakültəsini bitirib və 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib. Rusiyanın Gömrük Akademiyası hərbiləşdirilmiş strukturlardan biridir, orada təhsil alanlar, hətta elmi dərəcə almaq üçün həmin Akademiyada olanlar, istər-istəməz, Rusiyanın diqqətinə, obrazlı desək, “radarına” düşür. Məncə, bu məsələyə diqqət etmək lazımdır". 

SİTAT.İNFO xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli dilə gətirib. 

O həmçinin vurğulayıb ki,  Gömrük Komitəsinin ayrıca, müstəqil bir qurum kimi qalmasına ehtiyac yoxdur.

İqtisadçı kadr seçimi zamanı hər hansı formada Rusiyanın təsirinə məruz qalmamış kadrlara üstünlük verməyi tövsiyə edib: "Gürcüstanın islahatçı prezidenti Saakaşviliyə 2005-ci ildə sual verdilər ki, siz niyə nazir və digər yüksək postlara gəncləri təyin edirsiniz? O da cavab vermişdi ki, 2005-ci ildə 25-35 yaş arası gənclər SSRİ zamanı bağçada-məktəbdə oxuyublar, inamıram ki, o zaman Rusiya orqanları onlarla maraqlansın. Həm də həmin şəxslərin təhsil və iş təcrübəsi Moskva ilə heç vaxt kəsişməyib. Maraqlı fikirlərdir, diqqət yetirməyə dəyər".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti