Aİ və BMTƏF-nin dəstəyi ilə “Kişilər bərabərlik üçün danışır” mövzusunda seminar keçirilib - FOTO

19:28 20 İyul 2022

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun təşkilatçılığı və “Kişilər Gender Bərabərliyi Uğrunda – Men For Gender Equality” virtual platformasının dəstəyi ilə 16 iyul 2022-ci il tarixində Çinar Kitab Evində “Kişilər bərabərlik üçün danışır - #mentalkforequality” adlı seminar təşkil edilib.

Seminarın əsas məqsədi kişilərin cəlbi və iştirakçılığı ilə qadın və qızlara qarşı zorakılığın aradan qaldırılmasına və cəmiyyətdə gender bərabərliyinin təmin olunmasına töhfə verməkdən ibarət olub. Seminar zamanı gender bərabərsizliyinə və gender əsaslı zorakılığa yol açan stereotiplər və sosial normaların aradan qaldırılmasında İslam dininin rolu ekspertlərin iştirakı ilə müzakirə edilib. 

Fəal iştirakçılıq səviyyəsi ilə keçən seminar eyni zamanda “Kişilər Gender Bərabərliyi Uğrunda – Men For Gender Equality” virtual platformasının “Facebook” səhifəsində canlı yayımlanıb. 

Qeyd etmək lazımdır ki, seminar Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı” və “Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması” proqramları çərçivəsində BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı, “Vətəndaş Cəmiyyəti Uğrunda” İctimai Birliyi və “Kişilər Gender Bərabərliyi Uğrunda – Men For Gender Equality” virtual platformasının dəstəyi ilə baş tutub.

Возможно, это изображение 1 человек, стоит, дерево и на открытом воздухе

Возможно, это изображение 3 человека, борода, люди сидят и в помещении

Возможно, это изображение 5 человек, книга и в помещении

Возможно, это изображение 4 человека, люди сидят, люди стоят и в помещении



Xəbər xətti