Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

22:08 23 İyul 2022

Azərbaycanda son gündə koronavirus əleyhinə 2 342 vaksin vurulub.

Sitat.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 506, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 167, üç və daha çox doza vaksin vurduranların sayı 1 397, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 272 nəfərdir.



Xəbər xətti