Təmizlik vasitələrində kəskin bahalaşma: Qiymətlər dodaq uçuqladır FOTOLAR

15:02 25 İyul 2022

Marketlərdə qiymət fırtınası yaşanır. Günbəgün və manat-manat artan qiymətlər insanların minimum ehtiyacları qarşılamasına belə imkan vermir. 

Bahalaşan məhsullar sırasına ən çox gündəlik tələbat malları olan təmizlik vasitələri daxildir. 

SİTAT.İNFO-nun müxbiri marketlərə baş çəkərək, qiymətləri müqayisə edib. 

Qeyd edək ki, mətbəxdə hər kəsin istifadə etdiyi "Fairy" qabyuyan maye 2.58 manata qalxıb. Bu məhsul əvvəllər 2 manatdan aşağı qiymətə, son vaxtlar isə  2.20 manat civarında idi. Eyni firmanın qabyuyan maşınlar üçün olan kapsulları isə 30 manatdır. Burada da kəskin artım nəzərə çarpır.

4 ədəlik "Duru" əl sabunu 2 manat 50 qəpik civarında ikən, hazırda 3.40-a təklif olunur. 

1.30 manata olan "Protex" sabun 2.10 manata qalxıb. 

11 manata olan 3 kiloqramlıq "Ariel" yuyucu tozu 17 manatı ötüb. 

Əvəzində 6 manat civarında satılan  1.5 kiloqramlıq "Ariel" 10 manata qalxıb. 

Ən dəhşətli bahalaşma paltaryuyan maşınlar üçün olan Colgon-dadı. 1 qutu 7-8 manata satılan Colgon 17-20 manata qalxıb. 

Burada vətəndaşı 2 sual düşündürür? Məhsullar niyə bu qədər bahalaşıb? İkincisi, bu qədər Kimya Sənaye Parkları olan ölkədə niyə bu cür məhsulların yerli istehsalı yoxdur. Colgon nədir ki, biz 10 milyon insanı yerli ərp təmizləyən vasitə ilə təmin edə bilmirik. 

B urada iddia oluna bilər ki, axı "Fairy"-yə alternativ qabyuyan mayelər var. Burada da problem odur ki, birincisi keyfiyyətcə çox zəif olurlar. İkincisi isə paralel olaraq, onlar da bahalaşırlar. 

Alıcıların marketlərdəki narazılığı sosial şəbəkələrdə də dilə gətirilir. Hökumətin bu istiqamətdə bir çözüm tapması zərurətə çevrilir. 

 




Xəbər xətti