Nazir MİQ imtahanında riyaziyyat fənnindən sualların satılmasına münasibət bildirib

11:42 27 İyul 2022

Təhsil naziri Emin Əmrullayev MİQ imtahanları zamanı riyaziyyat fənnindən sualların satılmasına münasibət bildirib.

Sitat.info xəbər verir ki, naziri bu gün keçirilən brifinqdə deyib ki, Nazirlik bu məsələdə zərərçəkən tərəfdir.

“Çünki bu suallar bazada yerləşdirilir və imtahana bazada olan suallardan seçilir. Biz sualları aldığımız şəxslərlə məxfilik müqaviləsi imzalayırıq. Riyaziyyat fənnindən suallarla bağlı bu cür problemin olması bizim üçün də pisdir. Biz bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”, - nazir əlavə edib.

/Apa



Xəbər xətti