Xerson yaxınlığındakı rusların iki yolu var: Hər ikisi məğlubiyyətə aparır...

10:43 28 İyul 2022

Xerson istiqamətindəki rus işğalçıları ya vilayət mərkəzini tərk edə, ya da Donbassdakı qüvvələrin bir hissəsini ora köçürə bilər. Ancaq hər iki variant sonda uğursuz olacaq.

Sitat.info xəbər verir ki, bu fikri hərbi ekspert Yuri Fedorov deyib.

Onun sözlərinə görə, Rusiya komandanlığı çox çətin seçim qarşısında qalıb.

"Ukraynadakı müharibədə iştirak edən Rusiya qoşunlarının təxminən yarısı, bəzi hesablamalara görə, daha çoxu Donbassdadır. Onlara vəzifəni  Putin verib və bu, Kreml üçün ən mühüm siyasi vəzifədir.

"Bütün Donetsk vilayətini işğal etmək. Onda Putin Ukraynadakı bu "xüsusi əməliyyatda" tam olmasa da, əhəmiyyətli qələbənin əldə edildiyi barədə bəzi sözlər söyləyə bilər".

Hərbi ekspet vurğulayıb ki,  Ukrayna Silahlı Qüvvələri qarşısında qoyulmuş Xerson vilayətinin sağ sahil hissəsinin işğaldan azad edilməsi vəzifəsi, Rusiya Federasiyasının ilhaq etmək niyyəti ilə bağlı bəyanatları kontekstində vacibdir.  

O əlavə edir ki, indi işğalçılar Donetsk vilayətindən qoşunlarını ya cənuba köçürə bilər, ya da bunu etməz. Birinci halda rusların şərqdə problemləri olacaq - hətta onların Donetsk vilayətində geri çəkilmə ehtimalı da istisna edilmir. İkinci variant da uğursuzluq vəd edir.

"Əgər bu addımı atmasalar, Dnepr çayının sağ sahilində dayaq nöqtəsini itirmək təhlükəsi var və buna görə də rus generalları üçün problem olacaq. Onlar bu vəziyyətdə nə edəcəklərini düşünürlər. Ancaq onlar heç nə edə bilməyəcəklər, problem budur”, - Fedorov fikrini belə yekunlaşdırıb.

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti