ABŞ rəsmilərinin Tayvan səfərinə SƏRT CAVAB: Çin ordusu boş dayanmayacaq! 

12:28 28 İyul 2022

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana mümkün səfəri ilə bağlı Çinin verdiyi açıqlamalar daha da sərtləşib.
Çin xəbərdarlıq edib ki, Pelosi suverenliyini iddia etdiyi Tayvana səfər edərsə, ona hərbi cavab verə bilər.

SİTAT.İNFO xəbər verir ki, Müdafiə Nazirliyinin sözçüsü Polkovnik Tan Kıfey, Çin ordusunun hər hansı bir xarici müdaxilə və Tayvanın müstəqilliyi ilə bağlı planları qarşısında ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq əzmində olduğunu vurğulayaraq, “Pelosi Tayvanı ziyarət edərsə, Çin ordusu boş dayanmayacaq" deyib.

Tanın açıqlamaları Çin rəsmilərinin Pelosinin səfəri ilə bağlı Vaşinqtonla şəxsi söhbətlərində “mümkün hərbi qisas”ı da qaldırdıqlarına dair iddiaları təsdiqləyir.
ABŞ prezidenti Co Baydenin bu səfərlə bağlı müsbət düşünmədiyi məlum olsa da, onun bu həftə Çin lideri Şi Cinping ilə telefon danışığında Tayvan məsələsini gündəmə gətirəcəyi gözlənilir.

Bayden administrasiyasının Pelosini bu səfərdən çəkindirməyə çalışdığı da bildirilir. Tayvan ordusu isə təlimləri intensivləşdirib.

Ləman Sərvanqızı

SİTAT.İNFO



Xəbər xətti