Bill Qeytsə görə gələcəyin peşəsi nədir ?

12:52 28 İyul 2022

Açıqlamaları ilə dünya gündəminə təsir edən Microsoft-un sahibi Bill Qeyts gələcəyin peşəsindən danışıb.

SİTAT.İNFO  xəbər verir ki, iqlim dəyişikliyinin təsirlərinin hər keçən gün daha da artacağını vurğulayan Qeyts, iqlim texnologiyası üzərində çalışanların Google, Microsoft, Tesla və Amazon kimi şirkətləri keçəcəyini bildirib.

İqlim probleminin təsirlərinə diqqət çəkən məşhur iş adamı “dünyanı məhv edəcək” deyib.

İnsanların iqlim dəyişikliyi və iqlim texnologiyaları ilə məşğul olmasının lazım olduğunu ifadə edən Qeyts, xüsusilə elektrik avtomobilləri, akkumulyator texnologiyaları və hidrogen mühərriklərinin əhəmiyyət qazanacağını vurğulayıb.
İqlim texnologiyasının asan bir sahə olmadığını ifadə edən Qeyts, "Riskli bir işdir, amma sona qədər dözənlər  əldə etdikləri qazanclara inanmayacaqlar" deyib.

Ləman Sərvanqızı

SİTAT.İNFO



Xəbər xətti