İqtisadçı ekspert Qaşqay İsmayıl deputat Musa Quliyevə cavab verib.
SİTAT.İNFO xəbər verir, iqtisadçı sosial şəbəkədə belə bir post paylaşıb:
"Deputat Musa Quliyev deyib ki, sosial şəbəkələrdə bir kütlə formalaşıb, gedib özlərinə iş tapmaq əvəzinə, deputatların maaşını müzakirə edirlər.
"Deputat daha sonra kütləyə belə bir sual da ünvanlayıb. Milli Məclisin üzvləri sizin üçün daha nə etməlidir? Nankor olmaq lazım deyil"
Biz isə deyirik ki, cənab deputat biz nankor deyilik, hətta sizin etməli olduğunuzu biz edirik. Yəni ki, biz sizin maaşlarınızı müzakirə etməməliyik, əksinə siz bizim maaşlarımızı, gəlirlərimizin olub-olmamasını, iş yeri tapmağın mümkünsüzlüyünün səbəblərini müzakirə etməlisiz".
Səid,
SİTAT.İNFO