Rusiya prezidenti Vladimir Putin keçmiş müşaviri və Rusiyada müasir kapitalist sistemin bünövrəsini qoyanlardan sayılan Anatoliy Çubaysın zəhərlənməsi əmrini verə bilərdimi? Cavabım müsbətdir. Putin satqın kimi dəyərləndirdiyi şəxsləri sevmir və onlara qarşı intiqam hissi ilə yaşayır".
SİTAT.İNFO xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Putinlə ABŞ-ın o zamankı prezidenti Barak Obama bununla bağlı razılıq əldə etdilər: "Misal üçün Böyük Britaniyanın Rusiyanın ordu kəşfiyyatındakı xəfiyyəsi Skripal Moskvada həbs olunduqdan sonra ABŞ-dakı bir qrup rusiyalı xəfiyyə ilə dəyişdirildi. Məntiqlə məsələni bitmiş saymaq olardı. O Səninkini, Sən onunkunu qaytardın. Ancaq Putin Skripalın satqınlığını unutmadı. Kremlin Londona göndərdiyi iki killer Skripalı qızı ilə zəhərlədilər".
Politoloq vurğuladı ki, Litvinenkonu Londonda daha əvvəl zəhərləyib öldürmüşdülər: "Çubays daha önəmli fiqurdur. Rusiyanın birinci prezidenti Boris Yeltsinin sağ əli idi, faktiki iqtisadiyyatın istiqamətini müəyyənləşdirirdi. Yeltsinin Putini varis seçimində Çubaysın da rolu olub. Putin bu yaxşılığı unutmadı və Çubaysın xalq arasında aşağı reytinqinə rəğmən, onu illər uzunu müxtəlif vəzifələrə təyin etdi. Ancaq hiss olunurdu ki, Rusiyada formalaşan avtoritar üsul-idarə liberal düşüncəli Çubaysı narahat edirdi. Putinin Ukraynaya qarşı işğalçı müharibəyə başlaması vəzifələrindən imtina edən Çubaysı vətənini gizli şəkildə tərk etməsinə səbəb oldu. Ancaq Çubays anlamamış deyildi ki, keçmiş xəfiyyə Putin ondan əl çəkən deyil. Çünki, Çubays Putinin məntiqinə görə “satqın” olmaqla bərabər Kremlin xeyli sirrini bilir. Ona görə də Litvinenkonu, Skripalı, Navalnını zəhərləməyə qərar verən düşüncə tərzi Çubaysı da ortadan götürmək əmrini verə bilərdi. Çubays bunu bildiyindən xarici ölkələrdə görünməyəyə çalışır, açıqlama və müsahibələr vermirdi. Ancaq bu da onu sığortalamadı...".
Səid,
SİTAT.İNFO