Rusiyaya qarşı sanksiyalar Avropaya daha çox zərər vurur - Marin Le Pen

17:42 2 Avqust 2022

Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Avropanın özünə daha çox ziyan vurub.

SİTAT.İNFO xəbər verir ki, bunu çərşənbə axşamı Parisdə keçirdiyi mətbuat konfransında fransalı deputat Marin Le Pen deyib.

"Bu sanksiyalar yalnız Avropa ölkələrinin xalqını əziyyətə salıb. Bu, sanksiyalar siyasətinin uğursuzluğudur", - Le Pen deyib.

O, fikrini belə ifadə edib: "Reallıq ondan ibarətdir ki, biz Rusiyadan daha çox bu sanksiyaların qurbanıyıq. Bu, 2014-cü ildə Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyalarla bağlı vəziyyətin təkrarıdır. Rusiya iqtisadiyyatı, Avropa hökumətlərinin iddialarının əksinə olaraq, diz çökməyib. Rusiya bu gün qazı sanksiyaların tətbiqindən əvvəlkindən daha böyük həcmdə və hətta baha satır”.

Onun sözlərinə görə, Rusiya “başqa ticarət tərəfdaşları tapıb”.

Le Pen ümid edir ki, sanksiya siyasətinə yenidən baxılacaq. Çünki Avropa qaz tədarükü olmadıqda qazın kəsilməsi təhlükəsi ilə üzləşməsin.

TASS ytazır ki, Avropa İttifaqı və ABŞ-ın Rusiya neftinin alınmasına tətbiq etdiyi embarqo qiymətlərin kəskin artmasına səbəb oldu və bu, Rusiya Federasiyasına böyük həcmdə xammalı digər bazarlara, ilk növbədə Hindistan və Çinə yönləndirməyə və hətta gəlirləri artırmağa imkan verdi. Daha az həcmdə nefti endirimlə satmaqla da olsa... Aİ və ABŞ inflyasiyanın yayılma təsiri də daxil olmaqla müxtəlif səbəblərdən itkilərə məruz qalır.

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti