Peyvəndin təsirlilik müddəti dəyişir - Almaniyadan yeni qərar

11:47 4 Avqust 2022

Almaniyada koronavirusa yoluxma statistikasında kəskin artım baş versə də, hökumət payızda mümkün təhlükələrə qarşı qanunvericilik işini başa çatdırıb.

Sentyabrın 30-da müddəti başa çatacaq “Epidemiyadan qorunma haqqında” qanunu əvəz edəcək əsasnamə Ədliyyə və Səhiyyə nazirlikləri arasında uzun sürən danışıqların nəticəsi olaraq bu gün ictimaiyyətə təqdim edilib.

Bundestaq və Dövlət Nümayəndələr Palatasının təsdiqindən sonra oktyabrın 1-dən aprelin 7-dək qüvvədə qalması gözlənilən qanun, qoruyucu maskalar taxmağı və bəzi yerlərdə testlər təqdim etməyi öhdəsinə götürür və ştatlara bunu etmək səlahiyyəti verir.

Yerlərdə təcili tədbirlərin görülməsi tələb olunduğu hallarda əlavə tədbirlər görülə bilər. Müvafiq olaraq, ölkə daxilində hava yollarında və uzun məsafəli ictimai nəqliyyat vasitələrində maska ​​tələbi davam edərkən, xəstəxanalarda və ya yaşlılara qulluq mərkəzlərində maskanın yanında COVİD  test tələbi də olacaq. 

Qanun layihəsinin ən diqqətçəkən məqam  “təzə peyvənd olunmuş” anlayışının yer almasıdır. Xəstəxanalarda və qocalara qulluq mərkəzlərində müayinədən azad ediləcək şəxslər peyvəndin son dozasını ya son 3 vayda almalı və ya da son üç ayda yoluxub sağalmış olmalıdırlar. 
Dövlətlərin öhdəsinə buraxılan tədbirlərə “təzə peyvənd edilmiş” anlayışı da daxildir. Dövlətlər sanitariya və ya digər vacib infrastrukturların funksionallığını qorumaq üçün lazım gəldikdə əlavə tədbirlər görə biləcəklər.

Səid,

SİTAT.İNFO



Xəbər xətti