İqtisadçı ekspert, Real Partiyasının icraçı katibi Natiq Cəfərli ötən gecə Londonda baş verən hadisələrlə bağlı şərh verib.
SİTAT.İNFO həmin rəyi təqdim edir.
Londondakı hadisənin arxasında kimlərin durduğu mütləq üzə çıxmalıdır, amma bu mənfur cinayətin bir neçə məqsədi var:
1) Azərbaycan ilə Britaniya arasında özəl, çoxşaxəli münasibətlər var, hadisənin məhz Londonda olması iki ölkə arasında olan münasibətləri korlamağa hesablanmış ola bilər.
2) Nəzərlər həmən qonşu İranın üzərinə düşür, bu isə əsl səbəbkarların da niyyəti ola bilər ki, iki ölkə arasında zatən hamar olmayan münasibətlər daha da korlansın.
3) Hadisənin arxasında İran ola bilər, amma çox qəliz sxem quraraq başqalarının əli ilə edib izi itirəməyə çalışa da bilər, bu isə daga böyük təhlükələrdən xəbər verir.
4) Bu hadisə ölkəmizin daxilində qarışıqlıq salmağa da hesablana bilər - diqqətli və soyuqqanlı olmalıyıq, dini və etnik məsələlər çox həssasdır, "tezalışandır", provokasiyalara getməməliyik.
5) Bu hadisə Cənublu qardaşlarımızın nəbzini yoxlamaq üçün də təşkil edilə, daha qlobal gedişatın bir parçası da ola bilər.
Bu hadisə, Qarabağda baş verənlər, bölgəmizdə davam edən Rusiyanın Ukraynaya təcavüzü, dünyanın çivisinin tam çıxması, Türkiyə ilə hərbi-siyasi ittifaqımızı daha üst səviyyəyə çıxartmağı labüd edir. Ölkəmizdə hüquqi olaraq Türkiyə ilə birgə Hərbi Tədris Mərkəzlərinin - faktiki olaraq isə hərbi bazaların yaradılması məmləkətimizin sığortası ola bilər...
SİTAT.İNFO