Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərindəki erməni silahlıların fəaliyyəti sağlam məntiqə uyğun gəlmir. Görünür hələ də onlar nə Vətən müharibəsindən, nə ondan sonrakı dövrlərdə baş verəndən, xüsusilə də Fərrux və Qisas əməliyyatlarından özləri üçün doğru-dürüst bir nəticə çıxarmayıblar".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Ədalət Verdiyev qeyd etdi ki, əvvəllər olduğu kimi bu dəfə də düşmənin təxribatları cavabsız qalmayacaq: "Qisas əməliyyatında 24 erməni silahlısının zərərsizləşdirilməsindən sonra növbəti dəfə erməni silahlılarının Azərbaycan ordusunun mövqelərinə atəş açması, ordumuzun şəxsi heyətinin həyat və sağlamlığına ciddi təhdid törətməsi, Qisas əməliyyatının ikinci fazasının həyata keçirilməsini zəruri edir. Düşmən təxribatları cavabsız qalmayacaq. Azərbaycan ordusu düşmənə layiq olduğu yeri göstərmək üçün əlində bütün imkan, güc və vasitələrə malikdir. Yəqin ki, bu təxribatların cavabını da, erməni silahlıları üçün acı nəticələrini də yaxın günlərdə, bəlkə də yaxın saatlarda eşidəcəyik".
Ləman Sərvanqızı,
SİTAT.İNFO