"Rəsmi məlumatda Londondakı səfirliyimizə hücumun radikal şiə islamçı bir qrupun əməli olduğu bildirilib. Bundan əvvəl onlar İran səfirliyinə hücum ediblər. Görünür onların hansısa ermənipərəst qüvvələrlə əlaqələri var".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
Onun sözlərinə görə, Azərbaycanın Xankəndi iqtisadi zonasında apardığı əməliyyatdan dərhal sonra bu cür bir hərəkətə yol verilməsi, hadisələrin əlaqəli olduğunu düşünməyə əsas verir: "Hesab edirəm ki, ermənilər bu qrupdan Azərbaycana qarşı istifadə edirlər. Onların Azərbaycan dövlətinə qarşı bu hərəkətini başqa cür izah etmək mümkün deyil".
Ləman Sərvanqızı,
SİTAT.İNFO